AZ

Qalib xalqın nümayəndələri kimi biz Zəfərin ruhunu dilimizə də daşımalıyıq VİDEO

Bakı, 4 noyabr , AZƏRTAC

“Okay”, “share etmək”, “cool”, “location”, “konum”... Son illərdə cəmiyyətimizdə, xüsusilə gənclər arasında başqa dillərdən alınma belə sözlərin istifadəsi artıb. Sanki bir çoxları ana dilimizdə danışmağa utanır, Azərbaycan dilində əzəli bir kəlmə olduğu halda, rus, ingilis, türk dillərində olan sözlərdən istifadə edirlər. Məsələ bununla da bitmir. Bu gün paytaxt Bakıya nəzər salsaq, bir çox mağazaların, restoranların adları da xarici dildədir. Mediada, reklam daşıyıcılarında, bəzi hallarda jurnalistlərin yazılarında, aparıcıların nitqində ana dilimizin orfoqrafik, leksik və qrammatik normalarının pozulduğunu müşahidə edirik. Belə halların aradan qaldırılması üçün, ilk növbədə, cəmiyyətimizdə yayılan bu mənfi tendensiyanın səbəblərini aydınlaşdırmalıyıq.

AZƏRTAC mövzu ilə bağlı videomaterialı təqdim edir.

 

Seçilən
14
2
azertag.az

3Mənbələr