AZ

"Turan"la oyunlarımız çox prinsipial keçir" -"Zirə"nin yarımmüdafiəçisi

Misli Premyer Liqasının 10-cu turunda Şamaxıda "Karvan-Yevlax"ı 3:2 hesabı ilə məğlub edən "Zirə" çempionatdakı növbəti matçını öz meydanında lider "Turan Tovuz"u qəbul edəcək. "Qartallar"ın yarımmüdafiəçisi Ceyhun Nuriyevlə əlaqə saxlayıb həm Yevlax komandası üzərində qələbə, həm də qərb təmsilçisi ilə qarşıdakı matç barədə fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Ağır oyun keçdi bizim üçün. Belə müqavimətə hazır idik. Qollar buraxmağımıza baxmayaraq, oyun nəzarətimizdə idi. Ən vacibi odur ki, qol buraxandan sonra ruhdan düşmədik. 

"Turan"la oyunlarımız çox prinsipial keçir. Bizi gərgin 90 dəqiqə gözləyir. Meydanın hər qarışı uğrunda mübarizə gedəcək. Rəqibi keçən ildən tanıyırıq. Ötən ildən eyni oyun üslubları var. Maraqlı oyun olacaq".

Nihat

Seçilən
47
1
fanat.az

2Mənbələr