AZ

İslamiada: Azərbaycanın 3x3 basketbol millisinin heyətində dəyişiklik edilib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 noyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin heyətində dəyişiklik olub.

Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Arika Karter zədə səbəbindən yarışda iştirak edə bilməyəcək. Onu Tatyana Deniskina əvəzləyəcək.

Qeyd edək ki, Azərbaycan millisi Oyunlarda Kot d`İvuar, Səudiyyə Ərəbistanı və Türkiyə yığmaları ilə üz-üzə gələcək. Matçlar noyabrın 17-də və 18-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
27
azertag.az

10Mənbələr