AZ

Azərbaycanın Türkiyəyə ixracı xeyli azalıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 4 milyard 334 milyon 940,12 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,3% azdır.

Ölkə.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Statistikaya əsasən, 2025-ci ilin 9 ayı ərzində Azərbaycandan Türkiyəyə ixracın həcmi 2 milyard 578 milyon 758,49 min ABŞ dolları (azalma 11,8%) təşkil edib. 

İxracın payı 13,86% (2024-cü ilin yanvar-sentyabr ayları - 14,73%) təşkil edib. Bununla yanaşı, Türkiyədən idxalın həcmi 3,2% artaraq 1 milyard 756 milyon 181,63 min ABŞ dollarına çatıb. 

İdxalın payı 10,47% (2024-cü ilin yanvar-sentyabr ayları – 11,63%) təşkil edib.

Seçilən
32
2
olke.az

3Mənbələr