"Coca-Cola" yenidən Milad reklamında generativ süni intellektlə təcrübə aparmaq qərarına gəlib. Şirkət, keçən ilki süni bayram videosundan sonra gələn tənqid dalğasına baxmayaraq, neyroşəbəkələr vasitəsilə yaradılmış yük maşınları karvanı ilə kult reklamın yeni versiyasını buraxıb.
HİT.az xəbər verir ki, bu dəfə yaradıcılar keçən reklamda zərər çəkmiş generativ edilmiş insanlar problemini aradan qaldırmağa çalışıb və heyvanlara üstünlük veriblər. "OpenAI"dan "Sora 2" və ya "Google"dan "Veo 3" kimi müasir alətlər fonunda rolika köhnəlmiş görünür. Yeganə diqqətçəkən irəliləyiş odur ki, yük maşınlarının təkərləri ən azından fırlanır, keçən dəfəki kimi qarın üzərində üzmür.
"The Wall Street Journal"un məlumatına görə, layihə üzərində keçən ilki "Coca-Cola"nın süni intellekt reklamını da yaradan Silverside və Secret Level agentlikləri işləyib. Ümumilikdə təxminən 100 nəfər, o cümlədən 70 mindən çox video fraqmenti yaradan və seçən beş süni intellekt mütəxəssisi cəlb olunub.
Rolikanın altındakı rəylər bir il ərzində çox dəyişməyib. İnsanlar hələ də bu cür məqsədlər üçün süni intellektdən istifadə faktından narazıdır:
* "Görünür, Coca-Cola SÜ ilə bağlı keçən dərsə əhəmiyyət verməyib"
* "Süni intellektin bir illik inkişafından sonra belə, bu hələ də dəhşətli görünür"
* "Yadınızdadırmı, onlar ruhu olan reklamlar yaratmaq üçün canlı animatorlara pul ödəyirdilər? İndi bu, ruhsuz bir süni intellektdir"
Şirkət layihənin büdcəsini açıqlamır, amma qeyd edir ki, süni intellektdən istifadə istehsalı ciddi şəkildə sürətləndirib. İndi Milad rolikanın yaradılması bütöv bir il əvəzinə təxminən bir ay vaxt aparır.
Samir