AZ

Vətən müharibəsi şəhidi Elvin Kərimovun ailəsi ziyarət edilib

Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev Vətən müharibəsi şəhidi Elvin Kərimovun ailəsini ziyarət edib, onun övladları Müşkünaz, Əsma və Zəhra ilə görüşüb.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən hafta.az-a verilən məlumata görə, ziyarət zamanı igid döyüşçünün vətənpərvərliyi və döyüş yolundan danışılıb, şəhidin xatirəsinin daim əziz tutulacağı, ailənin bundan sonra da qayğı ilə əhatə olunacağı vurğulanıb.

Şəhid Elvin Kərimovun ailəsi nazirlik tərəfindən Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində üçotaqlı, tam təmirli mənzillə təmin olunub, həmçinin müvafiq sosial dəstək tədbirləri ilə əhatə olunub, ailə üzvlərinə sosial ödənişlər təyin edilib.

Qeyd edək ki, Elvin Kərimov Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə o, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Seçilən
33
1
hafta.az

2Mənbələr