Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun ulduz hücumçusu Kriştiano Ronaldo karyerasının başlanğıcı ilə bağlı maraqlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, tanınmış jurnalist Pirs Morqana verdiyi müsahibədə Ronaldo ilk dəfə nə zaman peşəkar səviyyədə uğur qazanacağını anladığını danışıb:
“Hətta 17 yaşımda belə, rəqiblərimdən daha sürətli və daha ağıllı idim. Elə o anda başa düşürsən ki... yaxşı futbolçu olacaqsan.”
Kriştiano Ronaldo futbol karyerasına Portuqaliyanın “Sportinq” klubunun akademiyasında başlayıb. O, 17 yaşında Lissabon təmsilçisindən “Mançester Yunayted” klubuna transfer olunub.
Ronaldo 2008-ci ildə “qırmızı şeytanlar”ın heyətində çıxış edərkən karyerasının ilk “Qızıl top” mükafatını qazanıb. 2009-cu ildə isə o, Madrid “Real”ına keçid alaraq burada daha dörd dəfə “Qızıl top”un sahibi olub.