AZ

"Zəfər Günü Azərbaycan xalqının ədalətin və beynəlxalq hüququn bərpası uğrunda qazandığı tarixi nailiyyətdir" - DEPUTAT

"Zəfər Günü Azərbaycan xalqının ədalətin və beynəlxalq hüququn bərpası uğrunda qazandığı tarixi nailiyyətdir" - DEPUTAT"Azərbaycan xalqının ən şanlı və ən qürurlu günlərindən biri olan 8 Noyabr – Zəfər Günü ölkəmizin müasir tarixində əbədi qızıl hərflərlə yazılmışdır. Bu gün, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, dövlətimizin suverenliyinin təmin edilməsi və xalqımızın milli birliyinin parlaq təntənəsi kimi tarixə düşmüşdür. Azərbaycan Ordusunun Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazandığı bu möhtəşəm Qələbə, təkcə hərbi gücün deyil, həm də xalqın iradəsinin, vətən sevgisinin və milli həmrəyliyin təntənəsidir. 2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu Vətən Müharibəsinə başladı. 44 gün davam edən bu mübarizə nəticəsində Azərbaycan xalqı otuz ilə yaxın işğal altında olan torpaqlarını azad etdi".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

"Zəfər Günü Azərbaycan xalqının ədalətin və beynəlxalq hüququn bərpası uğrunda qazandığı tarixi nailiyyətdir" - DEPUTATO, açıqlamasında qeyd edib ki, Azərbaycan mədəniyyətinin beşiyi, Qarabağın tacı sayılan Şuşa şəhərinin azad olunması xalqımız üçün misilsiz mənəvi dəyərə malikdir:

"Bu dövrdə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşa kimi rayon və şəhərlərimiz mərhələlərlə azad edildi. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması isə müharibənin taleyini müəyyənləşdirən, qələbəmizin rəmzinə çevrilən hadisə oldu. Azərbaycan mədəniyyətinin beşiyi, Qarabağın tacı sayılan Şuşa şəhərinin azad olunması xalqımız üçün misilsiz mənəvi dəyərə malikdir. Şuşa uğrunda gedən döyüşlər Azərbaycan əsgərinin qəhrəmanlığının, peşəkarlığının və yüksək ruhunun təcəssümü oldu. Düşmənin təpədən dırnağa qədər silahlanmış qüvvələrinə qarşı dağ, meşə və qayalıqlardan keçərək irəliləyən Azərbaycan əsgəri Şuşanı döyüşlə azad etməklə xalqımızın iradəsini dünyaya göstərdi. Bu qələbə Azərbaycanın hərb tarixində nadir taktiki və strateji uğur kimi qiymətləndirilir.

Zəfər Günü Azərbaycan xalqının ədalətin və beynəlxalq hüququn bərpası uğrunda qazandığı tarixi nailiyyətdir. Bu qələbə ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilmiş, regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni reallıqlar yaranmışdır. Bu möhtəşəm qələbənin memarları Azərbaycan Ordusunun igid əsgər və zabitləri, şəhidlərimiz, qazilərimiz və veteranlarımızdır. Onların fədakarlığı, qəhrəmanlığı və vətənə sonsuz sədaqəti sayəsində Azərbaycan öz torpaqlarını azad etdi, ərazi bütövlüyünü bərpa etdi və milli qürurunu yenidən ucaltdı.

Müstəqil Azərbaycanın qüdrətli ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən Müharibəsində misilsiz hərbi zəfərlər qazandı. Azərbaycan Ordusu bu müharibədə müasir döyüş taktikasını və yüksək texnologiyanı uğurla tətbiq etdi. Ordumuz qısa müddətdə düşmənin uzun illər ərzində qurduğu istehkam sistemini darmadağın edərək Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşa kimi strateji əhəmiyyətli əraziləri azad etdi. Azərbaycan əsgəri müasir döyüş meydanında həm peşəkarlığı, həm də vətənpərvərliyi ilə fərqlənirdi. Bu ordu, xalqın iradəsini, birliyini və əzmkar ruhunu özündə cəmləşdirdi.

44 günlük müharibənin ən böyük qəhrəmanları Vətən uğrunda canlarını fəda edən Şəhidlərimizdir. Onların hər biri müstəqilliyimizin və azadlığımızın əbədiliyinin rəmzidir. Şəhidlərimizin qanı ilə azad olunan torpaqlar bu gün azad, müstəqil və inkişaf edən Azərbaycanın yeni həyat məkanıdır. Onların hər biri bir qəhrəmanlıq dastanıdır — bir ananın fəxri, bir xalqın qürurudur. Azərbaycan xalqı Şəhidlərimizin xatirəsini əbədi hörmət və minnətdarlıqla yad edir. Onların adları şəhərlərdə, küçələrdə, məktəblərdə, park və abidələrdə əbədiləşdirilir. "Vətən sağ olsun!" deyib döyüşə atılan hər bir şəhid, bu xalqın qəlbində ölməzlik qazanmışdır.

Azərbaycan xalqı Vətən uğrunda canını fəda edən qəhrəman oğul və qızlarımızın xatirəsini əbədi olaraq qəlbində yaşadır. Qazilərimizin göstərdiyi igidlik, sədaqət və mərdlik isə gələcək nəsillər üçün ən böyük vətənpərvərlik nümunəsidir. Vətən Müharibəsinin qaziləri bu gün müstəqilliyimizin canlı rəmzləri, xalqımızın fədakarlıq simvollarıdır. Onlar döyüş meydanında göstərdikləri igidliklə, müharibədən sonra isə həyat mübarizəsindəki əzmləri ilə hər kəsə nümunədir. Dövlətimiz qazilərin sosial təminatı, reabilitasiyası və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində geniş proqramlar həyata keçirir".

Deputat onu da vurğuladı ki, bu tarixi zəfər həm də Ulu Öndər Heydər Əliyevin siyasətinin davamı, Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və xalq-ordu birliyinin nəticəsidir:

"Prezident İlham Əliyevin müharibə dövründə həyata keçirdiyi dərin düşünülmüş, çoxşaxəli diplomatik siyasət, həm beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyinin tanınmasına, həm də hərbi əməliyyatların uğurla aparılmasına zəmin yaratdı. Ali Baş Komandan müharibə dövründə diplomatik arenada aydın, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirdi. O, daim vurğuladı ki, Azərbaycan beynəlxalq hüquqla tanınan ərazilərində öz suverenliyini bərpa edir, bu isə BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dövlət başçısı, münaqişənin siyasi və hüquqi əsaslarını dəqiq ifadə etməklə, Azərbaycanın haqlı tərəf olduğunu bütün dünyaya sübut etdi. Onun dəqiq ritorikası və diplomatik uzaqgörənliyi uzun illər Ermənistanın apardığı təbliğatın tamamilə iflasa uğratdı.

Müharibədən sonra Prezident İlham Əliyev regionda sülh və əməkdaşlıq üçün yeni reallıqların formalaşmasına rəhbərlik etdi. Onun təşəbbüsləri sayəsində Cənubi Qafqazda dayanıqlı təhlükəsizlik arxitekturası, nəqliyyat və enerji əməkdaşlığı üçün yeni mərhələ başladı. Azərbaycan artıq qalib dövlət, İlham Əliyev isə regionun aparıcı siyasi lideri kimi qəbul olunur. Onun rəhbərliyi ilə Azərbaycan sülh, ədalət və inkişaf mərkəzinə çevrilməkdədir. Vaşinqton Sülh Sammitində əldə olunan tarixi nailiyyət də Prezident İlham Əliyevin sülhdə qətiyyətinin təcəssümü idi.
Bu gün Azərbaycan gəncləri üçün müstəqilliyin, azadlığın və vətənə sədaqətin dəyərini dərk etməyin simvoluna çevrilmişdir. Zəfər Günü Azərbaycan xalqının əsrlərlə davam edən ədalət mübarizəsinin zirvəsi, milli birliyin, qətiyyətin və qəhrəmanlığın simvoludur. Bu gün biz qürurla deyirik ki, Azərbaycan xalqı öz torpaqlarının əsl sahibi kimi tarixdə öz yerini tutmuşdur".

Vüsalə İbrahimli

Seçilən
1
3
sonxeber.az

4Mənbələr