AZ

Oyunun bitməsinə beş dəqiqə qalmış ürəyi dayandı

Yekaterinburqun həvəskar “Avtopapy” komandasının xokkeyçisi Aleksandr Krasovski matç zamanı vəfat edib. Faciə “Uralskie volki” və “Avtopapı” komandaları arasında matçın bitməsinə beş dəqiqə qalmış baş verib.

Xokkeyçinin dostu Krasovskinin özünü pis hiss etdiyini, lakin həyatını xilas edə bilmədiyini bildirib. Onun sözlərinə görə, Krasovski yeddi il əvvəl infarkt keçirib. Həyat yoldaşı və iki uşağı qalıb.

Daha əvvəl “Lyublino” komandasının 52 yaşlı müdafiəçisi Vasili Kartaşovun da Moskvada Gecə Xokkey Liqası matçı zamanı vəfat etdiyi bildirilmişdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
56
editor.az

1Mənbələr