AZ

Azərbaycan-Əlcəzair münasibətləri müzakirə olundu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Əbdülməcid Tebbun tərəfindən qəbul edilib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Tərəflər Azərbaycan və Əlcəzair arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirib, yüksək səviyyəli siyasi dialoqun qorunmasının və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Müzakirələr ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya və enerji sahəsində əməkdaşlığın təşviqi, eləcə də iki ölkənin biznes dairələri arasında qarşılıqlı əlaqələrin artırılması məsələlərini əhatə edib.

Seçilən
10
16
publika.az

10Mənbələr