AZ

“Zara”nın qurucusu İspaniyanın ən zəngin adamı oldu


İspaniyanın ən zəngin adamları siyahısına “Zara” və “Bershka” brendlərinin sahibi olan “Inditex” geyim şəbəkəsinin yaradıcısı Amansio Orteqa başçılıq edib.
Yeniavaz.com
xəbər verir ki, bu, “Forbes” jurnalının dərc etdiyi krallığın 100 ən varlı adamının reytinqində bəlli olub.  
Jurnalın məlumatına görə, 89 yaşlı şirkətin əsas səhmdarının sərvəti 2024-cü illə müqayisədə 10,3 milyard avro azalsa da, 109,9 milyard avro olaraq qiymətləndirilir.
İkinci yeri “Inditex”in yaradıcısının qızı Sandra Orteqa (10 milyard avro) tutur. Onun ardınca nəqliyyat və mobillik infrastrukturu sektorunda fəaliyyət göstərən “Ferrovial” şirkətinin sədri Rafael del Pino Kalvo-Sotelo (8 milyard avro) gəlir.
Seçilən
58
1
yeniavaz.com

2Mənbələr