AZ

Bir mənzil 3 nəfərə satılıb, sahibi isə həbsdədir

Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1 ünvanında yerləşən çoxmərtəbəli binanın sakinləri artıq təxminən 10 ildir ki, ödənişlərini tam şəkildə etdikləri mənzillərə köçə bilmədiklərini bildirirlər.

Milli.Az xəbər verir ki, onların sözlərinə görə, binanın inşasını həyata keçirən şəxslər hazırda həbsdədir.

Sakinlər bildirir ki, binadakı mənzillər bir neçə şəxsə satılıb, lift və kommunal sistemlərlə bağlı vədlər isə yerinə yetirilməyib:

"Binada lift yox idi, qaz və su sayğacları üçün bizdən pul toplanmışdı, amma heç nə edilmədi. Nəticədə, lifti və sayğacları öz hesabımıza quraşdırdıq. İndi bina ilə maraqlanan yoxdur, heç bir qurum bizə rəsmi cavab vermir. Eyni mənzil bir neçə nəfərə satılıb, hamı narahat vəziyyətdədir. Bizdə çıxarış yoxdur, yalnız müqavilə sənədi var. Binanın əvvəlki rəhbərləri həbs olunub, lakin bizim binayla bağlı qərar hələ verilməyib. Mənzili almaq üçün bankdan iri məbləğdə kredit götürmüşük, amma bu günə qədər orada yaşamaq mümkün deyil".

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu göndərdik. Lakin qurumdan məsələyə münasibət bildirilmədi. 

Asya Hüseyn
Milli.Az 

Seçilən
1
1
milli.az

10Mənbələr