AZ

Cokoviç ATP-250 turnirində 1/4 finalda

Serbiyalı tennisçi Novak Cokoviç Afinada keçirilən ATP-250 turnirində 1/4 finala adlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 24 qat “Böyük Dəbilqə” qalibi ikinci raundda çilili Alexandro Tabilonu (ATP-89) 7:6 (7:3), 6:1 hesabı ilə məğlub edib.

Görüş 1 saat 39 dəqiqə davam edib.

Serbiyalı idmançı yarımfinala vəsiqə uğrunda Eliot Spittsiri (ABŞ, Q) ilə Nunu Borjesin (Portuqaliya, 6) duelinin qalibi ilə qarşılaşacaq.

Seçilən
48
90deqiqe.az

1Mənbələr