AZ

“Arsenal”ın futbolçusu Çempionlar Liqasında tarix yazdı

UEFA Çempionlar Liqasının IV turunda “Slaviya” (Praqa) ilə oyunda “Arsenal”ın futbolçusu Maks Doumen tarixə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, 15 yaş 308 günlük ingiltərəli vinger matçın 73-cü dəqiqəsində meydana daxil olaraq turnirin tarixində ən gənc futbolçu olub.

Doumen bu göstərici ilə “Borussiya Dortmund”un keçmiş hücumçusu Yussufa Mukoko (16 yaş 18 gün) və “Barselona”nın ulduz oyunçusu Lamin Yamalın (16 yaş 68 gün) rekordlarını qırıb.

Gənc futbolçu bu mövsüm “Arsenal”ın heyətində 5 oyuna çıxıb, 1 qol ötürməsi ilə yadda qalıb.

Seçilən
73
90deqiqe.az

1Mənbələr