AZ

Çin yanğınlara qarşı robot itləri işə saldı - VİDEO

Musavat.com xəbər verir ki, Çin yanğınsöndürmə əməliyyatlarında robot itlərdən istifadəni sınaqdan keçirir.

Bu texnoloji qurğular insanların daxil ola bilmədiyi dar və təhlükəli məkanlara girərək, yanğın şlanqını hadisə yerinə çəkib aparır və canlı video ötürürlər.

Robotlar eyni zamanda zəhərli qazların səviyyəsi və temperatur barədə məlumat toplayır, bu məlumatı dərhal qərargaha ötürürlər. Bu isə təhlükənin miqyasını operativ qiymətləndirməyə və insan həyatı riskə atılmadan xilasetmə işlərini aparmağa imkan yaradır. 

 

Musavat.com

Seçilən
41
musavat.com

1Mənbələr