AZ

“Prezident mənə dedi ki, çox şeyi açıqlama” – SABİQ NAZİR

“O vaxtlar (1999-cu il – red.) Rusiyada da çox mürəkkəb proseslər gedirdi.”.

KONKRET.az  xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İctimai Televiziyanın efirində yayımlanan “Təmas xətti” verilişində Azərbaycanın 1999-cu ildə NATO-nun tədbirində iştirak etməsindən danışarkən deyib.

“Bu proseslərdə Azərbaycanın maraqları ondan ibarət idi ki, Qərb və Rusiya arasındakı ziddiyyətlərdən istifadə edib ziyanımıza olan məsələləri neytrallaşdırsın. Məhz ona görə cənab Prezident mənə təlimat verib ki, çox məsələləri açıqlama, proseslər bu şəkildə getsin ki, sonra bunun nəticəsini başa düşsünlər. Bəzi məqamlarda müxtəlif fikirlər səslənir ki, biz niyə görə istefa verdik? Bunun da böyük proseslərin tərkib hissəsi olmasını istisna etmirəm”, – deyə sabiq nazir əlavə edib.

Qeyd edək ki, Tofiq Zülfüqarov könüllü şəkildə vəzifəsindən istefa verən ilk və tək xarici işlər naziridir.

 

 

Seçilən
33
7
konkret.az

8Mənbələr