AZ

Rusiyada 5,7 bal gücündə zəlzələ baş verib

BAKI, 5 noyabr. TELEQRAF

Rusiyanın Saxa (Yakutiya) Respublikasında 5,7 maqnitudalı zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında yerləşdirilib.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 04:31-də qeydə alınıb. Zəlzələnin episentri Belaya Qora kəndindən təxminən 165 km cənub-qərbdə, Yakutsk şəhərindən isə 881 km şimal-şərqdə yerləşib. Ocağın dərinliyi təqribən 12 kilometr olub.

Hazırda dağıntılar və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.

Seçilən
68
1
teleqraf.com

2Mənbələr