AZ

Azərbaycan millisi İslamiadaya çətin qələbə ilə start verdi

Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı ilk matçında qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, yığmamız A qrupunun birinci qarşılaşmasında Liviya ilə üz-üzə gəlib.

Görüş yığmamızın 5:4 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Fərid Abbasov het-trik, Mirzə Əmirov dubl edib.

Futzalçılarımız növbəti oyununu noyabrın 6-da Özbəkistan yığmasına qarşı keçirəcək.

Seçilən
58
sportinfo.az

1Mənbələr