AZ

“Bavariya” səfərdə PSJ üzərində qələbə qazandı

Bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 4-cü turu çərçivəsində PSJ və “Bavariya” komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş Paris şəhərindəki “Park de Prens” stadionunda keçirilib.  Matç 2:1 hesabı ilə “Bavariya”nın qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın dördüncü dəqiqəsində “Bavariya”nın kolumbiyalı yarımmüdafiəçisi Luis Dias hesabı açıb. 32-ci dəqiqədə futbolçu dubl edib. Lakin ilk hissəyə əlavə olunmuş vaxtda sərt müdaxiləyə görə qırmızı vərəqə alaraq meydandan qovulub. Həmin epizodda PSJ-nin müdafiəçisi Əşrəf Hakimi ciddi ayaq biləyi zədəsi alıb və göz yaşları içində meydanı tərk edib.

Matçın 74-cü dəqiqəsində meydan sahiblərinin portuqaliyalı yarımmüdafiəçisi Jouau Neveş fərqi azaldıb, bununla da qarşılaşmada yekun hesab 2:1 olub.

Bu qələbədən sonra “Bavariya” 12 xalla turnir cədvəlinə başçılıq edir.

Növbəti turda PSJ 26 noyabrda “Tottenhem”lə, “Bavariya” isə səfərdə “Arsenal”la qarşılaşacaq.

Cari mövsümün Çempionlar Liqasının finalı 2026-cı il mayın 30-da Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.

Seçilən
59
90deqiqe.az

1Mənbələr