AZ

Brüssel və Lyej hava limanları dron insidentindən sonra fəaliyyətini bərpa edib

BAKI, 5 noyabr. TELEQRAF

Belçikanın Brüssel və Lyej hava limanlarında uçuşlar qısamüddətli fasilədən sonra bərpa olunub.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı yerli VRT telekanalı yayıb.

Məlumata görə, hər iki hava limanında uçuşların dayandırılmasına hava məkanında dronların müşahidə olunması səbəb olub.

Bildirilir ki, Brüssel hava limanı artıq normal rejimdə fəaliyyətini davam etdirir. Hazırda gecikən reyslərin sayı barədə məlumat verilməyib.

Lyej hava limanında da uçuşların bərpa olunduğu açıqlanıb. Qeyd olunur ki, bu hava limanı əsasən yük daşımaları ilə məşğul olduğundan, insident sərnişin reyslərinə ciddi təsir göstərməyib.

Hadisə zamanı bir neçə reys təhlükəsizlik məqsədilə Lyej hava limanına yönləndirilib, daha sonra isə Lyej hava limanının da müvəqqəti bağlanması ilə həmin təyyarələr Maastrixt və Köln hava limanlarına istiqamətləndirilib.

Seçilən
90
teleqraf.com

1Mənbələr