AZ

İşıqda yatanlara xəbərdarlıq Ürəyi zəiflədir

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Elm adamları bildirirlər ki, tam qaranlıqda yatmaq yalnız yaxşı yuxu üçün deyil, həm də ürək sağlamlığı üçün vacibdir.

Milli.Az xəbər verir ki, yeni araşdırmaya görə işıq yanılı halda yatan insanlarda ürək xəstəlikləri və insult riski daha yüksək olur.

Məlumatlara əsasən, işıq altında yatanlarda ürək çatışmazlığı riski 56 faiz, ürək damar tıxanması 32 faiz, beyin qan dövranı pozulması isə 28 faiz daha çox müşahidə olunur.

Araşdırma zamanı 89 min nəfərin yuxu zamanı işığa məruz qalması öyrənilib. Nəticədə məlum olub ki, gecə işığı bədənin "bioloji saatını" pozur. Normalda bədən qaranlıqda yatmağa, işıqda isə oyaq qalmağa proqramlanıb. Bu tarazlıq pozulanda ürək və qan dövranı sisteminə zərər dəyir.

Mütəxəssislər deyirlər ki, söhbət yalnız tavan işığından getmir. Televizor, telefon və planşet kimi cihazların işığı da eyni təsiri göstərə bilər.

Yuxudan bir neçə saat əvvəl bu cihazlardan uzaq durmaq, otaqda işıqları söndürmək və pərdə və ya göz maskasından istifadə etmək tövsiyə olunur.

Araşdırma işığın birbaşa ürək xəstəliyinə səbəb olduğunu tam sübut etmir, amma çox işıq altında yatmağın orqanizm üçün zərərli olduğunu göstərir.

Elm adamlarının fikrincə, bədən gecə işığını stress kimi qəbul edir. Bu da ürək döyüntüsünü artırır, qan təzyiqini yüksəldir və iltihabı gücləndirir.

Yekunda alimlər bildirirlər ki, sağlam ürək və rahat yuxu üçün ən yaxşısı qaranlıqda yatmaqdır.

İsmayıl

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
100
3
news.milli.az

4Mənbələr