AZ

ABŞ Əş Şaraya qarşı sanksiyaların ləğvi üçün qətnamə layihəsi təklif edib

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şaraya qarşı sanksiyaların ləğvi üçün BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini hazırlayıb.

APA xəbər verir ki, bu barədə “Reuters” qətnamənin mətninə istinadən məlumat verib.

ABŞ həmçinin keçid hökumətində daxili işlər naziri Ənəs Xəttaba qarşı sanksiyaların ləğvini təklif edib.

ABŞ-ın hazırladığı qətnamə layihəsinin səsvermə tarixi hələlik məlum deyil.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt Əhməd əl-Şaranın noyabrın 10-da Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşəcəyini açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
1
apa.az

5Mənbələr