AZ

Marta Kos: Biz Avropa İttifaqının genişləndirilməsinə hazırlaşmalıyıq

Bakı, 5 noyabr, AZƏRTAC

Avropa İttifaqının (Aİ) genişləndirilməsi qarşıdakı illərdə “real imkan” kimi qiymətləndirilir. Monteneqro isə bu istiqamətdə ən çox irəliləyiş əldə edən namizəd ölkə hesab olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının Genişləndirmə üzrə Komissarı Marta Kos məlumat verib.

Aİ-nin genişləndirmə ilə bağlı illik hesabatı təqdim edilməzdən əvvəl Marta Kos Avropa Parlamentində çıxışı zamanı bildirib ki, Monteneqro, Albaniya, Moldova və Ukrayna bu il Aİ-yə üzvlük istiqamətində əhəmiyyətli irəliləyişlər əldə ediblər.

“Biz Avropa İttifaqının genişləndirilməsinə hazırlaşmalıyıq,” – deyə Marta Kos bəyan edib. Onun sözlərinə görə, bəzi namizəd ölkələrin əldə etdiyi nəticələr nəzərə alınarsa, uğurlu genişləndirmə “yaxın illərdə real imkan” ola bilər.

Seçilən
31
3
azertag.az

4Mənbələr