AZ

Musiqi dinləmək demensiya riskini 39% azalda bilər

70 yaşından sonra musiqi dinləmək demensiya inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər. Ajans.az xəbər verir ki, bu barədə Avtraliyanın Monaş Universiteti 10.800-dən çox yaşlı insanlar arasında genişmiqyaslı araşdırmaya aparıb. Monaş tələbəsi Emma Caffa və professor Coan Rayanın rəhbərlik etdiyi tədqiqat, həm musiqi dinləməyin, həm də ifa etməyin 70 yaşdan yuxarı insanlarda beyin sağlamlığına necə təsir etdiyini araşdırıb. Nəticələr göstərdi ki, musiqini daim dinləyənlərin demensiya olmaq riski heç vaxt, nadir hallarda və ya yalnız ara sıra dinləməyən insanlarla müqayisədə 39 faiz daha aşağıdır. Musiqi alətində ifa etmək də demensiya riskini 35 faiz azaltmaqla əlaqələndirilib. Tədqiqatın nəticələri Beynəlxalq Geriatrik Psixiatriya Jurnalında dərc edilib. Tədqiqat göstərib ki, həmişə musiqi dinləmək demensiya riskini ən çox azaltmaqla əlaqələndirilir. Demensiya hallarının 39 faiz, koqnitiv pozğunluq hallarının 17 faiz azalması, eləcə də ümumi idrak və epizodik yaddaşda (gündəlik hadisələri xatırlayarkən) daha yüksək nəticələr qeydə alınır. Həm musiqi dinləmək, həm də ifa etməklə müntəzəm məşğul olmaq demensiya riskini 33 faiz, koqnitiv pozğunluq riskini isə 2,2 faiz azaldır.

Xanım Caffanın sözlərinə görə, baxmayaraq ki, səbəb-nəticə əlaqəsi müəyyən edilə bilməz, tədqiqatın nəticələri göstərir ki, musiqi fəaliyyətləri yaşlı yetkinlərdə koqnitiv sağlamlığı qorumaq üçün əlçatan bir strategiya ola bilər.

Seçilən
49
Ajans.az

1Mənbələr