AZ

Çempionlar Liqası: "Qarabağ" "Çelsi"ni sınağa çəkəcək

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda "Qarabağ" növbəti oyununa çıxacaq.

Bizim.Media xəbər verir ki, təmsilçimiz İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək.
 

Qeyd edək ki, "Qarabağ" növbəti oyununu noyabrın 26-da səfərdə "Napoli" klubuna qarşı keçirəcək.


"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində üç oyundan sonra 6 xal toplamağı bacarıb.

5 noyabr

UEFA Çempionlar Liqası

IV tur

Saat 21:45, "Qarabağ" - "Çelsi".

Bizim.Media

Seçilən
3
26
bizim.media

10Mənbələr