Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener Bakıya gəlib.
Sportinfo.az xəbər verir ki, o, TVNET platformasının təşkilatçılığı ilə “Qarabağ” – “Çelsi” oyunu üçün ölkəmizə təşrif buyurub.
Məşhur şərhçi TVNET SPORT və SPORT TV ekranlarında canlı analizlər edəcək. Matçdan öncə də qarşılaşma ilə bağlı xüsusi söhbətlər olacaq.
Ertem Şener-in gəlişinə TVNET platformasından izləyicilərə özəl hədiyyə də olacaq.