AZ

"Qızıl oğlan" seçildi

Fransanın "Paris Sen-Jermen" klubunun gənc hücumçusu Dezire Due 2025-ci il üçün "Qızıl oğlan" ("Golden Boy") mükafatına layiq görülüb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə mükafatın təsisçisi olan İtaliyanın "Tuttosport" nəşri məlumat yayıb.

Gənc futbolçu ötən mövsümdə PSJ-nin heyətində uğurlu çıxışı ilə fərqlənib. Due komandası ilə birlikdə Fransa çempionatının, ölkə kubokunun və UEFA Çempionlar Liqasının qalibi olub. O, həmçinin 2024/2025 mövsümündə turnirin ən yaxşı gənc futbolçusu seçilib.

PSJ forması ilə 61 oyunda meydana çıxan 21 yaşlı hücumçu 16 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Bundan əlavə, o, Paris-2024 Olimpiadasının gümüş və 2025 Millətlər Liqasının bürünc medalçısıdır.

Qeyd edək ki, "Qızıl oğlan" mükafatı 2003-cü ildən etibarən "Tuttosport" qəzeti tərəfindən təsis olunub və hər il Avropanın aparıcı liqalarında çıxış edən 21 yaşadək ən istedadlı futbolçulara təqdim edilir. 2024-cü ildə bu mükafat "Barselona"nın ispaniyalı hücumçusu Lamin Yamala verilmişdi.

Tural
Milli.Az

Seçilən
2
1
milli.az

2Mənbələr