AZ

Dünya birjaları: Neftin bu günə olan qiyməti

Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir.

NOCOMMENT.az xəbər verir ki, hazırda “Brent” markalı neft 64,41 dollara, yüngül neft isə 60,49 dollara təklif edilir.

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,61 ABŞ dolları və ya 0,93% azalaraq 65,82 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün neftimiz 66,43 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
6
32
nocomment.az

10Mənbələr