AZ

75 bıçaq zərbəsi ilə öldürülən Arzunun qətlinin - Təfərrüatı

Türkiyənin Bursa şəhərində rusəsilli, 20 yaşlı Arzu Xəlilovanın 75 bıçaq zərbəsi ilə qətlə yetirməsi ilə bağlı təfərrüat üzə çıxıb. 

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, Arzu Xəlilova birlikdə yaşadığı Azərbaycan əsilli Salican Mehmet tərəfindən qətlə yetirilib. Hadisə ilə bağlı istintaq başlanılıb.

Hadisə noyabrın 3-də Yıldırım rayonunda yerləşən mənzildə, saat 15:00 radələrində baş verib. İlkin məlumatlara görə, cütlük arasında mübahisə yaranıb və mübahisə zamanı Salican Mehmet mətbəxdən götürdüyü bıçaqla Arzu Xəlilovaya hücum edib.

Evdən gələn səs-küyü eşidən qonşular hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları Salican Mehmeti əlində bıçaqla saxlayıblar.

Təcili tibbi yardım əməkdaşları Arzu Xəlilovanı ağır vəziyyətdə Yüksək İxtisas Təlim və Araşdırma Xəstəxanasına çatdırıblar. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

Tibbi ekspertizanın ilkin nəticələrinə əsasən, Xəlilovanın bədənində 75 bıçaq yarası aşkarlanıb.

İstintaq zamanı Salican Mehmet ifadə verərək, qətli törətdiyini etiraf edib. Onun sözlərinə görə, mübahisə zamanı qadın “alış-verişə gedirəm, uşaqlara bax” dediyi üçün əsəbiləşib və bu səbəbdən bıçaqla hücum edib.

Cütlüyün 3,5 və 2 yaşlarında iki qızı olduğu bildirilib.

Araşdırmalar zamanı məlum olub ki, Salican Mehmet əvvəllər dəfələrlə məhkum olunub. Onun barəsində qəsdən xəsarət yetirmə, narkotik vasitələrin saxlanması və odlu silah qanunlarını pozma maddələri üzrə səkkiz cinayət qeydi mövcuddur.

Bundan əlavə, Mehmetin öldürdüyü qadına qarşı cinsi təcavüz ittihamı ilə də istintaqa cəlb edildiyi bildirilir.

Hadisə ilə bağlı Bursa Prokurorluğu tərəfindən cinayət işi açılıb. Qətlin ailə-məişət zorakılığı zəminində baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma davam etdirilir.

Seçilən
5
12
sitat.info

10Mənbələr