AZ

“Tiflis-Tbilisi” mövzunu şişirdənlər də münasibətləri gərginləşdirməyə çalışanlardır”

“İlk növbədə, yaxşı bilirik ki, Ermənistanın Azərbaycana qarşı təcazüvü müxtəlif məsələlərdə, səviyyələrdə öz əksini tapmışdı. Ermənistan hərbi qüvvələri torpaqlarımızı işğal altında saxlayırdı. O cümlədən, tarixlə bağlı da bir növ işğalçı siyasət yürüdülürdü və bunun fəsadları aradan götürülməlidir”.

Bu sözləri “Yeni Sabah”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O bildirib ki, Ermənistanın azərbaycanlılara aid onlarla toponimin dəyişdirilməsi faktdır: Pepperoni pizza

“Azərbaycan hüquqi səviyyədə tələb edir ki, Ermənistan konstitusiyasına dəyişikliklər edilsin. Ermənilərin tarix və mədəniyyət sahəsində bizə qarşı işğalçı siyasətininin təzahürlərini görürük. Bu həm sovet dövründə, həm də işğal müddətində baş verib. Azərbaycan ardıcıl şəkildə işğalçı siyasətin qalıqlarını aradan götürməlidir. Azərbaycan Prezidentinin AMEA-nın 80 illik yubileyindəki çıxışı da həmin fəaliyyətin növbəti mərhələsidir”.

Politoloq vurğulayıb ki, qalıcı sülh üçün Ermənistanın işğalçı siyasətinin əsasları dağıdılmalıdır:

“Ümumiyyətlə, başa düşməliyik ki, Ermənistanın III Respublikasının ideoloji əsası məhz işğalçı siyasət üzərində qurulub. Həmin siyasətin bir qolu da toponimlərin dəyişdirilməsi və erməniləşdirilməsindən ibarət idi. Məqsədimiz hansısa sənədə qol çəkmək deyil, onların işğalçı ideoloji əsaslarını aradan götürməkdir.

Əgər gələcəkdə sülh şəraitində yaşamaq istəyiriksə, bu yalanları və nifaq mənbələrini aradan qaldırmalıyıq. O cümlədən “Tiflis-Tbilisi” mövzunu şişirdənlər də Azərbaycan və Gürcüstan arasında olan münasibətləri gərginləşdirməyə çalışanlardır. Məncə, ölkələr və xalqlar arasında olan münasibətlərdə bu və buna bənzər problemləri həll etmək üçün normal şəkildə müzakirə edib həll etməyə qadirik”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib ki, XX əsrin əvvəllərinə aid çar Rusiyasının xəritələrində açıq şəkildə indiki Ermənistan ərazisindəki demək olar bütün toponimlər Azərbaycan mənşəlidir: Sevan gölü deyil, Göyçə gölü yazılıb.

Dövlət başçısının çıxışı Ermənistan mediasında ciddi müzakirələrə səbəb olub.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
44
yenisabah.az

1Mənbələr