Demokrat.az xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Bildirildi ki, Xaçınçay su anbarının 7 kilometr uzunluğunda kanalla birlikdə təmiri və bərpası aparılıb.
Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı 1964-cü ildə istismara verilib. Anbarın ümumi su tutumu 23 milyon kubmetr, bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metr, su səthinin güzgü sahəsi isə 176 hektar təşkil edir. Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan bu mənbədən ümumilikdə suvarılan 7 min hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva su anbarında görülən işləri əks etdirən videoçarxa baxdılar.
Dövlətimizin başçısı Xaçınçay su anbarını işə saldı.
10Mənbələr
-
fed.azQarabağda 23 milyon kubmetrlik su anbarı - istifadəyə verildi - PREZİDENT İŞTİRAK ETDİ ( 2314180)
-
aznews.azXaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimi keçirilib ( 2313046)
-
demokrat.azXaçınçay su anbarı təmir-bərpadan sonra istifadəyə verilib ( 2311690)
-
yeniavaz.comXaçınçay su anbarı istifadəyə verildi ( 2311678)
-
sfera.azXaçınçay su anbarı istifadəyə verildi - FOTOLAR ( 2311582)
-
yeniavaz.comXaçınçay su anbarı istifadəyə verildi – Fotolar ( 2311504)
-
big.azXaçınçay su anbarı təmir-bərpadan sonra istifadəyə verilib ( 2311468)
-
konkret.azXaçınçay su anbarı istifadəyə verildi – FOTOLAR ( 2310676)
-
publika.azXaçınçay su anbarı istifadəyə verildi ( 2310613)
-
publika.azXaçınçay su anbarı istifadəyə verildi ( 2310616)