AZ

Brüssel hava limanında dronlar müşahidə edilib

Brüssel hava limanında dronların müşahidə edilməsi ilə əlaqədar bütün uçuşlar və enişlər müvəqqəti olaraq dayandırılıb.

“İki sahil” xəbər verir ki, Belçika mediası axşam saatlarında dronlarla əlqədar hava limanının təxminən bir saat müddətində uçuş və enişlər üçün bağlı elan edildiyini yazıb.

Belçikanın NATO tərəfindən istifadə olunan Klayne-Brogel hərbi bazası yaxınlığında da yenidən dronlar müşahidə edilib. Vətəndaşlar aerodromun yaxınlığında altı dron gördüklərini bildiriblər. Polis isə iki dronun mövcudluğunu təsdiqləyib.

Həftəsonu da bu hərbi baza üzərində bir neçə dəfə dronlar müşahidə olunub. Oktyabrda bu hərbi bazada NATO-nun illik təlimlərinin bir hissəsi keçirilib. Bu manevrlərdə Alyansın ərazisinin nüvə silahları ilə müdafiəsi ilə bağlı təlim tapşırığı icra edilib.

Seçilən
7
4
ikisahil.az

5Mənbələr