AZ

Gül mağazasına çırpılan avtobusun sürücüsü danışdı

"Maşını duracaqda saxladım, ətrafa baxdım. 1,5 dəqiqə vaxtımız vardı. Yenidən maşına oturdum. 11-13 metr məsafədə gördüm ki, sürət artır".

Publika.az Baku TV-yə istinadən xəbər verir ki, bunu Bakıda qəza törədən avtobusun sürücüsü Habil Nəsirov deyib.

"Camaat dayanmışdı, məcbur qaldım, camaatın üstünə sürməmək üçün obyektin eyvanına sürdüm. 13 metr məsafədə nə qədər özümü itirsəm, o sürəti yığa bilmərəm. Çünki maşının beyni qarışıb", - o qeyd edib.

Avtobusun sürücüsü qəza zamanı nəqliyyat vasitəsində 19 sərnişinin olduğunu, onların xəsarət almadığını bildirib.

O, eyni zamanda, avtobusun başqa maşınlara çırpılmasını avtomobillərin qanunsuz yerlərdə saxlanması ilə əlaqələndirib.

Seçilən
13
6
publika.az

2Mənbələr