AZ

Keçən ay zəhərlənmədən ölənlərin sayı açıqlanıb

2025-ci ilin oktyabrında  Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 98 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub. Bu barədə  Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlunat verib.

O bildirib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 94 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar:

"Pasiyentlərin 44 nəfəri dərman preparatlarından, 30 nəfəri sirkə turşusundan, 5 nəfəri spirtli içkilərdən, 5 nəfəri ilan sancmasından, 3 nəfəri allergik reaksiyalardan, 2 nəfəri yandırıcı məhlullardan, 1 nəfəri fosfor üzvi birləşmələrindən, 5 nəfəri anafilaktik şokdan, 3 nəfəri isə dəm qazından zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 4 nəfərin (3 kişi və 1 qadın) həyatını xilas etmək mümkün olmayıb.

Seçilən
5
13
anews.az

10Mənbələr