AZ

Şoyqu Moskvada Azərbaycan və Ermənistan nümayəndələri ilə görüşəcək

Görüşdə MDB ölkələrinin təhlükəsizlik məsələləri müzakirə olunacaq...

Poliqon xəbər verir ki, noyabrın 5-də Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Təhlükəsizlik Şuralarının katiblərinin XIII iclası keçiriləcək. Toplantıya Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu sədrlik edəcək. TASS Agentliyinin məlumatına görə, Şoyqu iclas çərçivəsində Azərbaycan, Ermənistan və Belarus nümayəndə heyətlərinin rəhbərləri ilə ayrıca ikitərəfli görüşlər də keçirəcək.

İclasda MDB məkanında təhlükəsizliyə yönəlmiş çağırışlar və təhdidlər, onlara qarşı mümkün birgə cavab tədbirləri, həmçinin Qərbin ideoloji ekspansiyasına qarşı mübarizə və humanitar əməkdaşlıq məsələləri müzakirə olunacaq. Rusiya Təhlükəsizlik Şurasının aparatından verilən məlumata əsasən, əsas diqqət “MDB məkanında təhlükəsizlik üçün yaranan risklər və onların qarşısını alma yolları”na yönələcək.

Təhlükəsizlik Şurası sədrinin müavini Aleksey Şevtsov bildirib ki, bu görüş həm də ümumi dəyərlər və ənənələr əsasında vahid təhlükəsizlik platformasının gücləndirilməsinə xidmət edəcək.

Sergey Şoyqu isə qeyd edib ki, Təhlükəsizlik Şuraları katiblərinin görüşü doğrudan da unikal və etimad əsasında qurulan formatdır. Onun sözlərinə görə, bu görüş “yalnız təhlükəsizlik gündəliyindəki çətin məsələləri açıq müzakirə etməyə deyil, həm də ölkələrin və xalqların xarici və daxili təhdidlərdən qorunması üçün birgə qərarlar qəbul etməyə” imkan verir.

Tədbirin iş proqramı II Dünya müharibəsində həlak olANların xatirəsinə Aleksandrov bağında Naməlum Əsgər məzarında Əbədi məşəl abidəsinə əklil qoyulması mərasimi ilə başlayacaq.

MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin bu iclası eyni zamanda 31 oktyabr–5 noyabr tarixlərində Moskvada keçirilən “RusiyaMDB xalqları” beynəlxalq festivalının yekun tədbiri olacaq.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr