AZ

Qocalar evində dəhşətli yanğın: Çoxlu ölü var

Bosniya və Herseqovinanın Tuzla şəhərində qocalar evində baş verən yanğında çox sayda insanın öldüyü bildirilir.

Turkustan.az xəbər verir ki, Bosniya və Herseqovinanın Tuzla şəhərindəki qocalar evində dünən gecə naməlum səbəbdən yanğın baş verib.

Yanğının söndürülməsinə Tuzladan olan yanğınsöndürənlərlə yanaşı, Srebrenik, Jivinitse, Lukavaç və Kalesija şəhərlərinin qrupları da dəstək verib. Yanğında çox sayda insanın öldüyü, çox sayda yaralının xilas edilərək xəstəxanalara aparıldığı bildirilir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
34
1
turkustan.az

2Mənbələr