AZ

Sosial sığortanın yükü kimlərin üzərinə düşür? - 2026-cı ilin rəqəmləri açıqlandı

2026-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozunun 2109,12 mln. manatı və ya 32,0 faizi büdcədən maliyyələşən təşkilatların, 4481,98 mln. manatı və ya 68,0 faizi qeyri-büdcə sektorunun payına düşür.

Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, ki, bu da 2025-ci ilin təsdiqlənmiş proqnoz göstəricisinə nisbətən istiqamətlər üzrə müvafiq olaraq 73,36 mln. manat və ya 3,60 faiz və 520,34 mln. manat və ya 13,13 faiz çoxdur.

Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (işçilərlə bağlı ödənişlər nəzərə alınmadan fərdi sahibkarların özləri üçün ödənilən) məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2026-cı ildə minimum əməkhaqqının 400 manat həddində 103,5 mln. manat proqnozlaşdırılır.

Seçilən
12
4
modern.az

5Mənbələr