BAKI, 5 noyabr. TELEQRAF
Mərkəzi Bankın sədri Taleh Kazımova yeni müşavir təyin edilib.
Teleqraf-ın məlumatına görə, bu vəzifəyə Namiq Nağdəliyev gətirilib.
1982-ci il təvəllüdlü N.Nağdəliyev 2008-ci ildə Mərkəzi Bankda peşəkar karyerasına Pul siyasəti departamentində kiçik iqtisadçı vəzifəsində başlayıb, daha sonra həmin departamentdə iqtisadçı, aparıcı iqtisadçı, böyük iqtisadçı, Pul və məzənnə siyasəti şöbəsinin rəisi vəzifələrinə yüksəlib.
2018-2020-ci illərdə Dünya Bankının icraçı direktorunun müşaviri, 2021-2022-ci illərdə Mərkəzi Bankda Sədrin ofisinin rəhbəri, 2022-ci ilin avqust-sentyabr aylarında isə sədrin müşaviri vəzifələrində fəaliyyətini davam etdirib. O, 2022-2025-ci illərdə Dünya Bankının icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.
Ailəlidir, 3 övladı var.