AZ

Bu sevincə qatqımızın olmasını istəyirdik” Het trik edən milli üzvü

ain.az bildirir, Fanat portalına istinadən.

VI İslam Həmrəyliyi Oyunlarında ilk matçına çıxan Azərbaycan millisi Liviya ilə qarşılaşıb. Komandamızın 5:4 hesabı ilə qalib gəldiyi oyunda Fərid Abbasov het-trik etməklə diqqət mərkəzinə düşüb. 

Fanat.Az xəbər verir ki, gənc futzalçı matçla bağlı Futzal Federasiyasının mətbuat xidmətinə fikirlərini bildirib:

"Hər birimiz meydanda əla mübarizə apardıq. Hazırkı baş məşqçinin rəhbərliyi altında ilk oyunumuz idi. Çalışdıq ki, həm nəticə yaxşı olsun, həm də oyun planında fərqlənək. Düzdür, İslam Həmrəyliyi Oyunlarında ilk matçımız idi, buna görə də komandamızda həyəcanlı olanlar da var idi. Ancaq hamımız qələbə qazanacağımıza inanırdıq. Rəqibi zəif hesab etmirdik, özümüzə inamımız böyük idi. Əlbəttə, heç bir qələbə asan qazanılmır. Oyun gərgin keçdi. Standart vəziyyətlərdən asan qollar buraxdıq. Bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var. Amma daha çox milli komandanın düşərgəsində az olmağımızla əlaqələndirərdim.

Het-trik etdim. Millidə ilk belə göstəricimdir. Qol vurmaq vacibdir, əsas olan komandaya kömək etmək, irəli getməsində pay sahibi olmaqdı. Zəfər günlərini yaşadığımız vaxtda millinin də bu sevincə qatqısı olmasını istəyirdik”.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
5
fanat.az

7Mənbələr