AZ

1-ci liqada liderlərin oyun günü

style='margin-bottom:10px;'>

Bu gün Azərbaycan 1-ci liqasında 7-ci tur başlayacaq.

QOL.az xəbər verir ki, ilk oyun gününə 3 matç nəzərdə tutulub.

Lider "Şəfa" 3-cü yerdəki "Mingəçevir"in qonağı olacaq. 2-ci yerdəki "Səbail" 8-ci sıradakı MOİK-i qəbul edəcək. 4-cü yerdəki "Bakı Sportinq" isə 7-ci pillədəki "Cəbrayıl"la üz-üzə gələcək.

Hər üç oyun saat 14:00-da start götürəcək.

Qeyd edək ki, turun digər 2 qarşılaşması sabah keçiriləcək.

5 noyabr (çərşənbə)

14:00. “Bakı Sportinq” – “Cəbrayıl”
Hakimlər: Ruslan Quliyev, Rəşad Quliyev, Sənan Atayev, Murad Səlimov
Buzovna qəsəbə stadionu

14:00. “Mingəçevir” – “Şəfa”
Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Orxan İbişov, Şamil İmanzadə
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

15:00. “Səbail” – MOİK
Hakimlər: Alik Yunusov, Nurlan Əhmədzadə, Elman Kərimov, Əkbər Əhmədov
“ASCO Arena”

6 noyabr (cümə axşamı)

14:00. “Şahdağ Qusar” – “Şimal”

14:00. “Difai” – “Zaqatala”

Seçilən
1
3
teleqraf.com

10Mənbələr