AZ

“Şagirdlərin sosial-emosional sağlamlığı və təhlükəsizliyi” mövzusunda ixtisasartırma təlimləri davam edir

Oktyabr ayının 27-dən etibarən Azərbaycan Respublikasının Təhsil İnstitutu və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində “Şagirdlərin sosial-emosional sağlamlığı və təhlükəsizliyi” mövzusunda  ixtisasartırma təlimləri davam edir.

Layihə Bakı şəhəri, Şamaxı, Ağsu, Göygöl, Yevlax, Balakən, Şəki, Astara, Göyçay və İmişli rayonlarını əhatə edir.

Təlimlərin əsas məqsədi təhsil müəssisələrində şagirdlərin sosial-emosional rifahının gücləndirilməsi, psixoloji təhlükəsiz mühitin yaradılması və bu istiqamətdə müəllimlərin bilik və bacarıqlarının artırılmasıdır. Proqram çərçivəsində pedaqoqlara şagirdlərin emosional ehtiyaclarını tanımaq, psixoloji riskləri erkən müəyyənləşdirmək, sağlam münasibətlər formalaşdırmaq və dəstəkləyici sinif mühiti qurmaq bacarıqları aşılanır.

Tədris prosesi interaktiv üsullarla – müzakirələr, praktik məşğələlər və real tədris situasiyalarına əsaslanan keyslərlə həyata keçirilir. Təlimlərdə şagird–müəllim əməkdaşlığının əhəmiyyəti, şagirdlərin psixoloji inkişaf xüsusiyyətləri və tədris zamanı yarana biləcək problemlərə düzgün psixo-pedaqoji yanaşma üsulları geniş şəkildə izah olunur.

Təlimlər əyani formada təşkil olunur və 30 akademik saatı əhatə edir.

Seçilən
30
1
azerbaijan-news.az

2Mənbələr