AZ

"OpenAI" "Android" üçün video və foto yaradan süni intellekt tətbiqini istifadəyə verib

Bakı. Trend:

“ChatGPT” süni intellekt çat-botunun yaradıcısı “OpenAI” şirkətisüni intellekt vasitəsilə video və şəkil materiallarınınhazırlanmasında istifadə olunan “Sora” tətbiqinin “Android”versiyasının istifadəyə verildiyini elan edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Tətbiq artıq ABŞ-də və bir sıra başqa regionlarda “Google”un“Play Market”də əlçatandır.

Tətbiq istifadəçilərinə “TikTok” formatını xatırladan məzmunlentinə çıxış imkanı təqdim olunur. Həmçinin “Sora”da “cameo” adlıfunksiya mövcuddur - bu funksiya vasitəsilə istifadəçi videolara özüzünü, dostlarının və ya ev heyvanlarının şəkillərini əlavə edəbilər. Bunun üçün üz skan etmə funksiyasından istifadə olunur,lakin bu funksiya veb-versiyada mövcud deyil.

Hiperrealist videolar yaratmaq üçün nəzərdə tutulmuş "Sora 2"ningenişləndirilmiş versiyasına giriş hələ də yalnız dəvət əsasındamümkündür.

Pulsuz versiyadan istifadə edənlər 15 saniyəyə qədər videolaryarada bilirlər, aylıq 200 dollarlıq Pro abunəçiləri isə 25saniyəlik videolar generasiya etmək və bir neçə səhnəni eynilayihədə birləşdirmək imkanı əldə edirlər.

Məqalədə:
Seçilən
54
az.trend.az

1Mənbələr