AZ

Komitə sədri : DSMF-nin büdcə xərclərində 800 milyon manatdan çox artım olacaq

BAKI, 5 noyabr. TELEQRAF

Dövlət Sosial Müdafə Fondunun 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 705,7 milyon manat və yaxud 9,3 faiz çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında qeyd edib.

O bildirib ki, Dövlət Sosial Müdafə Fondunun 2026-cı il üçün nəzərdə tutulan xərcləri 8 milyard 483 milyon manat proqnozlaşdırılır. Gələn ilin xərcləri cari ilin büdcəsinə nisbətən 807 milyon manat və ya 10,5% çoxdur. Dövlət Sosial Müdafiə Fondunun ehtiyatından 2026-cı ilin xərclərinə yönəldirən vəsait 159,970,000 manat təşkil edəcəkdir. Fondun gəlirlərinin 6,591 milyon manatının yaxud 79,2%-nin məcburi dövlət sosial siqorta haqları üzrə daxil olmalar hesabına formalaşması nəzərdə tutulur.

Seçilən
48
teleqraf.com

1Mənbələr