AZ

Rusiya Ayda yeni stansiya tikməyi planlaşdırır Putindən açıqlama

ain.az, Yeniavaz saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putin nüvə enerjisi ilə işləyən “Burevestnik” raketinin və “Poseydon” torpedosunun hazırlanmasında istifadə olunan qabaqcıl texnologiyaların gələcəkdə mülki sahələrdə də tətbiq olunacağını bildirib.

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu barədə silah layihələrinin müəlliflərinin mükafatlandırma mərasimində danışıb.

Putinin sözlərinə görə, sözügedən texnologiyalar gələcəkdə Ay stansiyasının tikintisində və ağır yüklərin daşınması üçün nəzərdə tutulan kosmik gəmilərin enerji sistemlərində istifadə olunacaq. Prezident vurğulayıb ki, rus mühəndisləri “yeni materiallar, proqram təminatı, rəqəmsal həllər və komponent bazası daxil olmaqla əsl texnoloji xəzinə” yaradıblar.

O, əlavə edib ki, bu texnologiyalar yalnız hərbi məqsədlərlə deyil, həm də “kiçikmiqyaslı nüvə enerjisi istehsalı, Arktika üçün elektrik stansiyalarının yaradılması və dərin kosmosun tədqiqi” kimi sahələrdə tətbiq oluna bilər.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun elmi direktoru Lev Zeleninin sözlərinə görə, ölkə yaxın illərdə Ayın tədqiqi üçün yeddi pilotsuz missiya həyata keçirməyi planlaşdırır. Bu missiyalara “Luna-26” orbital aparatı, iki eniş missiyası “Luna-27a” və “Luna-27b”, həmçinin Ayda buz toplayacaq “Luna-28” stansiyası daxildir.

Bildirilir ki, 2023-cü ildə buraxılan “Luna-25” kosmik gəmisi uğursuzluqla nəticələnsə də, bu missiyadan əldə olunan məlumatlar gələcək Ay bazasının tikintisi üçün potensial yerlərin seçilməsinə kömək edib. Ayda baza qurulması üçün böyük həcmdə yükün daşınması vacibdir.

Hazırda Rusiyanın ən güclü raketi “Angara-A5” 24 tona qədər yük daşıya bilir. Müqayisə üçün, ABŞ-nin Artemis proqramı çərçivəsində istifadədə olan SLS raketi 130 tona qədər yük qaldıra bilir.

Putin qeyd edib ki, yeni texnologiyalar gələcək rus kosmik gəmilərinin bu sahədə imkanlarını xeyli artıracaq. 2031-ci ildən başlayaraq Rusiya və Çin birgə Ay stansiyası layihəsini həyata keçirməyi planlaşdırır. İki ölkənin rəhbərləri bu barədə birgə bəyanatda razılığa gəliblər. Layihə çərçivəsində Ay orbitində stansiyanın və səthdə baza kompleksinin tikintisi nəzərdə tutulur.

Rusiya tərəfi bu layihədə yeni enerji sistemləri və texnoloji həllərlə iştirak etməyi planlaşdırır.

Nüvə enerjisi ilə işləyən “Burevestnik” raketi və “Poseydon” torpedosu haqqında ətraflı məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:Putinin yeni silahları – Sürətləndirilmiş enerjinin iki üzüMurad Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
yeniavaz.com

2Mənbələr