AZ

Musa Quliyev: Yaşa görə pensiyanın orta aylıq məbləği 629 manata yüksələcək

Məcburi dövlət sosial siğorta haqları üzrə daxilolmaların 68%-i qeyri-büdcə sektorunun, 32%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcəkdir.

Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında qeyd edib.

2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələmişdir. Bu meyil gələn ildə də davam edəcəkdir. Fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1,7 milyon manat proqnozlaşdırılır ki, bu da ümumi dövlət öhdəliyinin 47%-ni təşkil edir.

Dövlət Sosial Müdafə Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6%-ni və ya 812 milyard manatını əhaliyyə ödənişlər təşkil edəcəkdir. Əmək pensiyalarının, orta aylıq məbləğinin, 2025-ci ildə 540 manat təşkil edəcəyi gözlənilir. 2026-cı ildə isə 590 manat olacağı proqnozlaşdırılır. Növbət ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576 manatdan 53 manat artaraq, 629 manata yüksəlməsi proqnozlaşdırılır.

Seçilən
33
teleqraf.com

1Mənbələr