AZ

İş axtaranlara sevindirici xəbər – 1 milyon manat ayrıldı

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması maddəsi üzrə işəgötürənlərlə Məşğulluq Agentliyi arasında bağlanılan müqavilələrin maliyyələşdirilməsi üçün 2026-cı ilin büdcəsində 1,0 milyon manat vəsait nəzərdə tutulub.

KONKRET.az trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə xərcləri 8 483 070 000 manat məbləğində təsdiq ediləcək.

Seçilən
10
7
konkret.az

10Mənbələr