Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Aparatında 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbirtəşkil olunub.
Trend xəbər verir ki,tədbirdən əvvəl Ombudsman Səbinə Əliyeva və Aparatın kollektiviHərbi Memorial Kompleksini ziyarət edərək, şəhidlərin əzizxatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Ombudsman Səbinə Əliyevaxalqımızın birlik, iradə və yenilməzliyinin rəmzi olan 8 noyabrtarixinin hər bir azərbaycanlının yaddaşına əbədi həkk olunduğunubildirib.
Müvəkkil Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevinrəhbərliyi, Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyisayəsində Vətən müharibəsində əldə edilmiş şanlı Zəfər nəticəsindətorpaqlarımızın işğaldan azad olunduğunu, ölkəmizin ərazibütövlüyünün və suverenliyinin bərpa edildiyini diqqətə çatdırıb,O, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmişərazilərimizdə bərpa-quruculuq layihələrinin uğurla həyatakeçirildiyini və keçmiş məcburi köçkünlərin öz yurdlarınaqayıdışının təmin olunduğunu qeyd edib.
Səbinə Əliyeva müharibə və postmüharibə dövründə Ermənistansilahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi müharibəcinayətlərinin araşdırılması ilə bağlı Ombudsman tərəfindənfaktaraşdırıcı missiyaların həyata keçirildiyini, həminmissiyaların nəticələri əsasında hazırlanmış hesabat, bəyanat vəmüraciətlərin beynəlxalq təşkilatlara təqdim edildiyini diqqətəçatdırıb. Müvəkkil təsisatın işğaldan azad olunmuş ərazilərdə insanhüquqlarının təmininə, sosial rifahın bərpasına yönəlmiştəşəbbüsləri davam etdirdiyini bildirib.
Daha sonra “Zəfər” Şəhid ailələrinə Dəstək İctimai Birliyininsədri Sevinc Alizadə Zəfər Gününün xalqımızın birlik və qəhrəmanlıqrəmzi kimi gələcək nəsillərə örnək olduğunu qeyd edib, şəhidailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətininprioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
İkinci Qarabağ müharibəsinin iştirakçısı Mobil Əhmədzadə Vətənmüharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevinrəhbərliyi altında Rəşadətli Azərbaycan ordusunun göstərdiyişücaətdən, müharibə iştirakçılarına və veteranlara dövləttərəfindən nümayiş olunan diqqət və qayğıdan, Vətən müharibəsidövründə Ombudsmanın hərbi qulluqçuların hüquqlarının müdafiəsiistiqamətində həyata keçirdiyi fəaliyyətdən danışıb.
Ombudsman Aparatının əməkdaşı, Vətən müharibəsinin iştirakçısıSamir Quliyev əldə olunan şanlı Zəfərin Müzəffər Ali BaşKomandan,Prezident İlham Əliyevin rəhbərliyi altında qalibOrdumuzun fədakarlığı, xalqımızın birliyi sayəsində mümkün olduğunubildirib.
Tədbir zamanı “Zəfər” Şəhid ailələrinə Dəstək İctimai Birliyininsədri Sevinc Alizadə və Ombudsman Aparatının bir qrup əməkdaşıOmbudsman Səbinə Əliyeva tərəfindən “Azərbaycan Respublikasınınİnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi(2002-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltifolunub.