AZ

I Liqa: Şəfa nın Mingəçevir sınağı, Səbail MOİK ə qarşı

ain.az bildirir, Fanat portalına istinadən.

Azərbaycan I Liqasında VII tur start götürür. 

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək tur çərçivəsində bu gün üç matç baş tutacaq. 

İddialılar açılış günündə meydana çıxacaqlar. Turun mərkəzi qarşılaşmasında "Şəfa" ilə "Mingəçevir" üz-üzə gələcək. Paytaxt klubu liderliyini qorumaq üçün ilk "üçlük"də qərarlaşan rəqiblə səfər matçından sərfəli nəticə ilə dönməlidir. 

Liderin ən yaxın izləyicisi "Səbail"i də çətin duel gözləyir. Elvin Məmmədovun baş məşqçisi olduğu "dənizçilər" son iki turda özünə gələrək uduzmayan MOİK-i sınağa çəkəcək.

Daha bir iddialı "Baku Sportinq" "Cəbrayıl" ilə münasibətlərinə aydınlıq gətirəcək. İlk "üçlük"dəki komandaların mümkün xal itkisi halında bakılılar liderlərlə xal fərqini azaltmaq əzmindədir.

Qeyd edək ki, turun iki oyunu sabah keçiriləcək.  Azərbaycan I Liqası

VII tur

5 noyabr  

14:00. “Baku Sportinq” – “Cəbrayıl”

Hakimlər: Ruslan Quliyev, Rəşad Quliyev, Sənan Atayev, Murad Səlimov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Nəriman Axundov

Buzovna qəsəbə stadionu.

14:00. “Mingəçevir” – “Şəfa”

Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Orxan İbişov, Şamil İmanzadə

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Asif Əliyev

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança).

15:00. “Səbail” – MOİK

Hakimlər: Alik Yunusov, Nurlan Əhmədzadə, Elman Kərimov, Əkbər Əhmədov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: İlham Əliyev

“ASCO Arena”.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
fanat.az

2Mənbələr