AZ

YAP Bərdə rayon təşkilatı "Zəfərin əbədi olsun, Azərbaycan!" adlı təntənəli tədbir keçirib

YAP Bərdə rayon təşkilatı "Konstitusiya və Suverenlik İli" çərçivəsində 8 Noyabr - Zəfər Günü münasibətilə Qələbəmizin 5-ci ildönümünə  həsr edilmiş "Zəfərin əbədi olsun, Azərbaycan!" adlı təntənəli tədbir keçirib. 

“İki sahil” xəbər verir ki,  öncə tədbir iştirakçılarından biri qrupu, şəhid anaları və qazilər tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər güllər düzülüb.

Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya giriş nitqində tədbir iştirakçılarıni bayram münasibətilə təbrik edib, Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi  parlaq Qələbədən, bu böyük Zəfərə aparan yolun özülündə, təməlində dayanan Ulu öndər Heydər Əliyevin parlaq ideyalarından,  xalq - iqtidar - Ordu birliyinin dəmir yumruq kimi möhkəmliyindən danışıb. Bildirib ki, bugün hər birimiz  Zəfərimizin  əbədiliyinin təmin edilməsinə Müzəffər Liderimiz cənab İlham Əliyevin ətrafında yenə  dəmir yumruq kimi sıx birləşərək öz töhfəmizi verməliyik.

Tədbirdə oğulları şəhid olandan sonra YAP-a üzvü olan şəhid anaları Arzu Hüseynzadə, Əzizə Ədilova, Nigar Abdullayeva, Mehparə Qəribova, İsbət Hətəmova, Mətanət İsgəndərova, şəhid bacısı Ədibə Əhmədova, qazilərdən Ümman Baxşəliyev, İlkin Şərifzadə, Elçin Məmmədov, həkim Aidə Bayramova, Bərdə Mərkəzi Rayon Xəstəxanansi Publik Hüquqi Şəxsin direktoru Vüsal Məmmədov, DOST inkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi Qarabağ Dost evi- şöbəsinin müdiri   Kamran Kamranlı çıxış edərək bu böyük Zəfəri bütün dünya azərbaycanlılarına bəxş etməyi bacaran  Müzəffər Liderimiz cənab İlham Əliyev  başda olmaqla Zəfər tarixinin əbədi qəhrəmanlarına olan xalq sevgisinin   əbədi olacağını bildiriblər. 

Tədbirdə Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə Mədəniyyət Mərkəzinin musiqi kollektivinin müşayiəti ilə şəhid övladlarının ifasında vətənpərvərlik mahnıları ifa olunub. Şairə Arzu Yaqubqızı və tədbirə yenicə çapdan çıxmış "Vətən üçün yaşayıb, Vətən üçün yananlar" kitabını təqdim edən müəllif Şükufə Əliyeva Zəfər gününə həsr edilmiş şeirlərini səsləndirib.

Tədbirdə Ulu öndər Heydər Əliyevin büstü önündə DOST inkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi Qarabağ DOST Evi şöbəsinin təşkil etdiyi rəsm və əl işlərindən ibarət sərgiyə  baxış keçirilib. 

Sonda YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya tərəfindən rayonun ictimai- siyasi həyatında fərqlənən YAP üzvlərinə təşkilatın  "Təşəkkürnamə"si təqdim edilib. 

Tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Seçilən
23
ikisahil.az

1Mənbələr