AZ

“Bavariya” UEFA-ya şikayət etdi

“Bavariya” Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunun PSJ ilə səfər oyunundan əvvəl UEFA-ya etiraz edib.

Almaniya klubunun etirazına Paris Polis Prefekturasının əmrləri səbəb olub. Bu qurumun rəhbərinin sərəncamına əsasən, azarkeşlərin gediş-gəlişi tənzimlənib və xüsusi polis postu yaradılıb. Bu, stadiona gələn bütün azarkeş avtobuslarına şamil edilib və onlardan matçdan əvvəl şəhərdən kənarda yoxlanış məntəqəsində toplaşmaları tələb olunub. Həmçinin şəhər polisi “Bavariya”nın digər azarkeşlərinin stadiona yalnız ictimai nəqliyyatla getməsini tələb edib. Matçdan sonra avtobuslar yalnız polis nəzarəti altında şəhərdən kənara çıxarılacaq.

Almaniya klubu isə polisin qərarını əsassız və gecikmiş hesab edir. “Bavariya” rəhbərliyi Paris polisinin bu yolla azarkeşlərin stadiona getməsinə maneə yaratdığını düşünür. PSJ-nin bu məsələdə münhenliləri dəstəklədiyi qeyd edilir.

Seçilən
7
2
football-plus.az

3Mənbələr